Yanvarın 27-də Heydər Əliyev Sarayında Gürcüstanın tanınmış rəqs kollektivləri və estrada müğənnilərinin iştirakı ilə konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, “Gürcüstanın sehrli ritmləri” adlı konsertdə qonşu ölkənin tanınmış estrada müğənniləri Gia Nikoladze, Mariam Eliaşvili, Aysel Məmmədova, beynəlxalq müsabiqələrin laureatları və qalibləri olan “Martve”, “Samefo”, “Didgori” mahnı və rəqs ansamblları iştirak edəcəklər. Rəqs kollektivlərinin ifasında folklor (etnik) rəqsləri və rəngarəng çıxışlar təqdim olunacaq.