Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) yeni prorektor təyin edilib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yeni təyin edilmiş inkişaf məsələləri üzrə prorektor İranə Əliyevanı ATMU-nun kollektivinə təqdim edib.
Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor İranə Əliyeva Azərbaycan Dövlət Universitetini bitirib. Hazırkı təyinatadək Bakı Slavyan Universitetində kafedra müdiri işləyib. Uzun illər ölkəşünaslıq və rus dili üzrə pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmuş İ.Əliyevanın 60-a yaxın elmi əsəri nəşr olunub.