Fevralın 16-da Heydər Əliyev Sarayında tanınmış azərbaycanlı caz ifaçılarının konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, “jAzzeri Bands” caz musiqisi axşamında əməkdar incəsənət xadimləri Cavan Zeynallı və Cəmil Əmirov, Xalq artisti Ənvər Sadıqov, əməkdar artistlər Akif Süleymanbəyli və Emil Əfrasiyab, eləcə də Təranə Mahmudova, Teymur Süleymanbəyli (saksafon), “Rast” və “Qaya” qrupları çıxış edəcək.
Caz ifaçıları konsertdə Azərbaycan caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndirəcəklər.