Niderlandda bütün sərnişin qatarları küləklə işləyən elektrostansiyaların enerjisi ilə təmin olunmağa başlayıb.
Qatarların küləyin gücü ilə hasil edilən elektriklə təchiz olunması bütün dünya üçün əlamətdar hadisədir. Niderland dəmir yollarında qatarların hərəkətinin külək elektrostansiyalarının hasil etdiyi enerji ilə işləmə texnologiyasını tətbiq edən ilk ölkədir.
Məlumata görə, generatorun bir saat işləməsi qatarın 200 kilometr məsafəni qət etməsinə kifayət edəcək.
Qeyd edək ki, “yel dəyirmanları ölkəsi” kimi ad çıxaran Niderlandda külək enerjisindən istifadə uzun illərdir tətbiq olunur. Dəmir yolu sistemində yenilik ölkə ərazisində külək generatorlarının sayı artırılması hesabına mümkün olub.
“Nederlandse Spoorwegen” dəmir yolu şirkəti gündə 5 mindən çox qatarla yarım milyon sərnişin daşıyır. Şirkət külək generatorlarından istifadə etməklə 2020-ci ilədək sərnişin daşımasında enerji sərfiyyatını 35 faiz azaltmaq niyyətindədir.