Çin və Kanada alimləri Myanmada tapdıqları qeyri-adi kəhrəba barədə məlumat yayıblar. Kəhrəbanın daxilində balaca dinozavrın quyruğunun lələkləri aşkar edilib.
Alimlər bildiriblər ki, həmin lələklərin yaşı 99 milyon ildən çoxdur. ABŞ-ın “Current Biology” jurnalında dərc edilən məqalədə bildirilir ki, kəhrəbanın daxilində dinozavra məxsus 36 millimetr uzunluğunda lələkli quyruq var. Güman olunur ki, bu nadir tapıntı həmin növ dinozavrların görünüşü barədə müfəssəl məlumat əldə etməyə kömək göstərəcək.