Azərbaycan Turizm və Menecment Universitetində Mehmanxana və restoran biznesi kafedrasının təşkilatçılığı ilə Avropa İttifaqının Tempus proqramı çərçivəsində seminar-treninq keçirilib.
Tempus proqramı ilə bağlı ölkəmizə səfər edən portuqaliyalı mütəxəssislər - LMPH layihəsinin direktoru Antonio Dias, Anna Rita və məruzəçi Maria Jose ATMU-da rektor səlahiyyətlərini icra edən Eldar Aslanov tərəfindən qəbul olunub.
Görüşdə bu təhsil proqramının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Portuqaliyalı məruzəçi Maria Josenin moderatorluğu ilə keçirilən seminar-treninq LMPH layihəsinin icra müddəti, açıq dərsin təşkili metodologiyası, co-animasiya, turizmdə qastronomiyanın əhəmiyyəti və sair məsələləri əhatə edib.
Fariz