İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Ramil Həsənov ilə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai arasında görüş olub.
TDƏŞ-in mərkəzi aparatında keçirilən görüşdə iki təşkilat arasında 2015-ci ildən mövcud əməkdaşlıq protokolu əsasında tarixi İpək Yolunda turizmin inkişaf etdirilməsinə dair məsələlər, həmçinin BMT Baş Assambleyasının elan etdiyi “2017-ci il - Beynəlxalq inkişaf naminə davamlı turizm ili” çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər iki təşkilat arasında turizm sahəsində əməkdaşlıq əlaqələrinin perspektivlərini yüksək qiymətləndiriblər.