Martın 21-də Heydər Əliyev Sarayında “Muğam və mənəviyyat” adlı ədəbi-bədii kompozisiya gecəsi keçiriləcək.
Sarayın mətbuat xidmətindən bildirilib ki, gecədə xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Gülyanaq Məmmədova, əməkdar artistlər Almaz Orucova, Ehtiram Hüseynov, Azərbaycan Televiziyasının solistləri Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Səbinə Ərəbli, Ayşən Mehdiyeva və Fəraməz Gərmrudi çıxış edəcək.
Gecədə muğam və təsniflər təqdim olunacaq. Xanəndələri “Könül” ansamblı müşayiət edəcək.