İran turistləri üçün bələdçi jurnalı nəşr olunub
Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Aysanpərvaz” turizm şirkəti tərəfindən fars dilində “Odlar diyarı - Azərbaycan” adlı jurnal-bələdçi nəşr olunub.
Jurnalda Bakı şəhəri ilə yanaşı, regionların da turizm potensialı əks etdirilib, ölkəmizin gəzməli-görməli yerləri, mətbəxi və milli adət-ənənələri haqqında geniş məlumat yer alıb.
Nəşrdə, həmçinin Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti, tarixi və memarlıq abidələri, muzeyləri və təbiəti haqqında oxuculara məlumat verilib. Qeyd olunub ki, İran ilə həmsərhəd olan Azərbaycan özünün tarixi abidələri, təbiəti və coğrafi mövqeyi ilə turistlər üçün çox cəlbedicidir.
Jurnalda Azərbaycanda Novruz bayramı və ilaxır çərşənbənin xüsusi qeyd edilməsi barədə də maraqlı yazı dərc edilib.