Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının iştirakçıları Azərbaycana vizasız səfər edə biləcəklər. Bu, Azərbaycan Respublikası Prezidentinin martın 2-də imzaladığı “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamda əksini tapıb.
   Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və Azərbaycandan gedə bilərlər. 
   IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.
   
   Fariz