Bakı turizm şəhərlərinin ilk beşliyinə daxil olub
   “RoomGuru.ru” hotel axtarışı servisi 8 martda rusiyalı turistlərin səyahət və istirahət edəcəyi ən populyar şəhərləri müəyyənləşdirib. Reytinq cari ildə martın 7-dən 9-dək ikilikdə qalmaq üçün hotel və apartament bronları üzrə hazırlanıb.
   Bakı qadınların bayramında rusiyalı turistlərin səyahəti və istirahəti baxımından beşinci yeri tutub.
   “RoomGuru.ru” servisinin məlumatına görə, Bakıda mehmanxanada qalmaq rusiyalı turistlərə orta hesabla sutkada 2,9 min rubla başa gələcək. Minskdə isə bu məbləğ 3 min rubl edir. “TurStat” agentliyinin məlumatına görə, 2017-ci ildə rusiyalıların bayram günlərində səfərləri ötən illə müqayisədə 10 faiz çoxalıb. Rusiyada isə Moskva, Sankt-Peterburq, Kazan, Soçi və Nijni Novqorod şəhərləri turistlərin istirahət etdiyi şəhərlərin ilk beşliyinə daxil edilib.
    “HotelsCombined.com” servisinin Rusiya saytıdır. “World Travel Awards” beynəlxalq münsiflər heyətinin məlumatına görə, “HotelsCombined.com” son dörd ildə dünyada hotel axtarışı üzrə ən yaxşı sistem hesab olunur.