Böyük Britaniyanın “The Telegraph” qəzeti dünyanın ekoloji cəhətdən ən təmiz 10 şəhərinin adını açıqlayıb. Reytinq Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında hazırlanıb.
Əsas göstəricilər üzrə birinci yeri Stokholm tutub. Mütəxəssislər vurğulayırlar ki, İsveçin paytaxtı son illər yaşıl siyasəti uğurla həyata keçirir və şəhərdə atmosferə karbon qazı tullantısı 25 faiz azalıb.
İkinci yerdə Yeni Zelandiyanın Vellinqton şəhəridir. Sonrakı yerlərdə Avstraliyanın Kanberra, Kanadanın Ottava, Şotlandiyanın Edinburq, habelə Uruqvay, Estoniya, Finlandiya, Monako və İspaniyanın paytaxtları gəlir. Yeni reytinq havanın çirklənmə səviyyəsi haqqında məlumatlar əsasında tərtib edilib.
Qeyd edək ki, bundan əvvəl “The Telegraph” qəzeti dünyanın ən çirkli paytaxt şəhərlərinin siyahısını tərtib edib. Həmin siyahıda Ər-Riyad (Səudiyyə Ərəbistanı), Dehli (Hindistan) və Doha (Qətər) şəhərləri üçlükdə olub.