Bugünlərdə Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq turizm sərgisinin əsas ideyalarından biri sakitlik olub. Sərgidə təmsil olunan Finlandiyanın turizm nümayəndələri bu istiqaməti inkişaf etdirmək istəyirlər.
Finlandiyanın sakit və dinc həyat tərzi turistləri cəlb edir. “Visit Finland” şirkəti bunu milli brendə çevirmək qərarına gəlib. Laplandiya regionunun turizm bürosunun rəhbəri Teyya Mikkola bildirib ki, Finlandiyanın şimalına səfər edənlərin çoxunun əsas təəssüratları sakitliklə bağlıdır. Onun sözlərinə görə, Laplandiya üçün yay fəsli gərgin mövsüm deyil, amma turizm nümayəndələri sakitlik brendini yaymaqla, səyyahların marağını cəlb edə bilərlər. Artıq bir neçə şirkət bu qəbildən səyahətlər təklif edir.