Turizm, aviasiya və ticarət təşviqi sahələrində nümayəndə xidmətləri üzrə beynəlxalq lider olan “Aviareps” şirkəti aprelin 1-dən etibarən Sinqapur Hava Yollarının Azərbaycan və Gürcüstan bazarlarında satış agenti təyin edilib.
   Bakıda yeni açılmış ofisindən satış, marketinq və rezervasiya fəaliyyəti göstərən “Aviareps” şirkəti Sinqapur Hava Yollarının Azərbaycanda və Gürcüstanda satış şəbəkəsinin genişlənməsini dəstəkləyəcək.
   “Aviareps”in icraçı direktoru Edqar Lacker deyib: "Azərbaycan dinamik inkişaf edən ölkə olaraq uzun müddətdir ki, bizim beynəlxalq müştərilərin nəzərindədir. Peşəkar komandamızla burada iştirakçı olmaq bizi çox fərəhləndirir”.
   “Aviareps” şirkəti paytaxtdakı “Dəmirçi Plaza”da (Xocalı prospekti 37) yerləşir.