Berlindəki “Bode” muzeyindən 100 kiloqram ağırlığında qızıl sikkə oğurlanıb. Naməlum şəxslər muzeyin arxa hissəsindəki pəncərədən içəri daxil olublar. Eksponatın çəkisi oğurluğu bir neçə nəfərin törətdiyini düşünməyə əsas verir. Diametri 50 sm, qalınlığı 3 sm olan eksponat “Qızıl ağcaqayın yarpağı” adlanır. Onun nominal dəyəri 1 milyon dollardır, eksponat olaraq isə dəyəri 3 milyon dollardan çoxdur.
   “Ginnesin rekordlar kitabı”na salınmış sikkənin bir üzündə ağcaqayın yarpağı (Kanadanın dövlət simvolu), həmçinin bu ölkənin adı, qiymətli metalın əyarı, sikkənin çəkisi, ingilis və fransız dilində “təmiz qızıl” yazısı var. Digər üzündə isə Britaniya kraliçası II Yelizavetanın portreti, sikkənin buraxılış ili təsvir olunub.

   İlona