Paytaxtımızda keçiriləcək Şopinq festivalı hər kəs üçün daha bir sürpriz hazırlayıb: Rusiya və Ukraynanın populyar müğənnisi, məşhur “VİA Qra” qrupunun “qızıl” heyətinin cazibədar eks-solisti Vera Brejneva festivalın fəxri qonağı olacaq.
   Müğənni festival çərçivəsində, aprelin 20-də “#Nömrə1” adlı konsert proqramı ilə çıxış edəcək. Vera Brejneva Heydər Əliyev Sarayında rəqslərlə, xüsusi effektlərlə möhtəşəm şou təqdim edəcək, həmçinin yeni mahnılarını ifa edəcək.
   Vera Brejneva Azərbaycan paytaxtında dəfələrlə konsert proqramı ilə çıxış edib. Bakı tamaşaçıları hitləri bütün postsovet məkanında məşhur olan və bir çox mükafatlara layiq görülmüş ifaçını hər dəfə böyük rəğbət və sevinclə qarşılayır.
   Vera Brejneva ilə görüş - bu yazın əsas hadisəsi olacaq Bakı Şopinq Festivalını ziyarət etmək üçün daha bir əla səbəbdir.