Avstriyanın "Peoples Viennaline" aviaşirkəti dünyanın ən qısa reysini ləğv edib.
Fridrixshaven şəhərindən Sankt-Qallenə uçuş cəmi 8 dəqiqə çəkirdi. Aviadaşıyıcı rəhbərliyi bu istiqamətə sərnişin axınını təhlil edərək, Almaniyadan İsveçrəyə rentabelsiz marşrutun bağlanması ilə bağlı qəti qərar qəbul edib.
Sərnişinlərə iki Avropa ölkəsi arasında mürəkkəb dağlıq ərazidə ən qısa uçuş təklif olunurdu. Lakin, görünür, onlar daha etibarlı yerüstü nəqliyyata üstünlük veriblər.
Son yarım ildə aviaşirkətin xidmətlərindən iki mindən çox sərnişin istifadə edib.