“21” albomu 319 həftə “Billboard”ın hit-paradında qalıb
Britaniyalı ifaçı Adel “Billboard” çartında (hit-parad) növbəti rekorda imza atıb. Onun “21” adlı albomu “Billboard” 200 çartını 319 həftə tərk etməyib. Bu, qadın ifaçılar arasında ən yaxşı nəticə hesab olunur.
«21» albomu 2011-ci ildə işıq üzü görüb və 22 milyon nüsxəsi satılıb. Adelin bu albomu “Billboard” və “Rolling Stone” kimi iki aparıcı jurnal tərəfindən 2011-ci ilin ən yaxşı albomu seçilib.
Daha əvvəl bu nəticə müğənni Kerol Kingə məxsus idi. Onun “Tapestry” diski çartda 318 həftə keçirib.
Əgər bütün ifaçıların albomlarından danışsaq, rekord göstərici “Pink Floyd” qrupuna məxsusdur. Qrupun “The Dark Side of the Moon” albomu çartı 927 həftə tərk etməyib. Reytinqdə digər pillələri Conni Matisonun "Johnny's Greatest Hits" albomu, “Metallica” qrupunun eyniadlı albomu, Bob Marlinin "Legend" adlı mahnı toplusu, “Nirvana” qrupunun "Nevermind" albomu və reper Eminemin "Curtain Call: The Hits" mahnı toplusu yer alır.
İlona