Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Şəkinin turist xəritəsi hazırlanıb. Bələdçi xəritəsi Şəkinin görməli yerlərinə, turistik məkanlarına ən qısa marşrutu tapmağa köməklik etməklə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.
   Şəkinin turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən və Şəkidə fəaliyyət göstərən mehmanxanalardan əldə etmək mümkündür. Hazırda nazirliyin sifarişi ilə Gəncə, Masallı, İsmayıllı və digər şəhər və rayonların turist xəritələrinin hazırlanması üzərində iş davam etdirilir.