Pay­tax­tı­mız­da IV Dün­ya Mə­də­niy­yət­lə­ra­ra­sı Dia­loq Fo­ru­mu ke­çi­ri­lir

   
   “Ba­kı Fo­ru­mu nü­fuz­lu bey­nəl­xalq qu­rum­la­rı tə­rəf­daş ki­mi cəlb edən ye­ga­nə plat­for­ma­dır”
   
   Ma­yın 4-də Ba­kı­da IV Dün­ya Mə­də­niy­yət­lə­ra­ra­sı Dia­loq Fo­ru­mu işə baş­la­dı. “Mə­də­niy­yət­lə­ra­ra­sı dia­lo­qun in­ki­şa­fı: İn­san təh­lü­kə­siz­li­yi, sülh və da­vam­lı in­ki­şaf üçün ye­ni im­kan­lar” möv­zu­sun­da Fo­rum UNES­CO, BMT-nin Si­vi­li­za­si­ya­lar Al­yan­sı, Dün­ya Tu­rizm Təş­ki­la­tı, Ər­zaq və Kənd Tə­sər­rü­fa­tı Təş­ki­la­tı, Av­ro­pa Şu­ra­sı, İSES­CO-nun tə­rəf­daş­lı­ğı ilə ke­çi­ri­lir. 
   Ba­kı Konq­res Mər­kə­zin­də IV Dün­ya Mə­də­niy­yət­lə­ra­ra­sı Dia­loq Fo­ru­mu ilə bağ­lı mət­buat konf­ran­sı ke­çi­ril­di. Təd­bir­də mə­də­niy­yət və tu­rizm na­zi­ri Əbül­fəs Qa­ra­yev, Fo­ru­mun tə­rəf­da­şı olan bey­nəl­xalq təş­ki­lat­la­rın rəh­bər və mə­sul şəxs­lə­ri iş­ti­rak edir­di.
   Na­zir Əbül­fəs Qa­ra­yev jur­na­list­lə­rə Fo­ru­mun gün­də­li­yi ba­rə­də mə­lu­mat ver­di. Qeyd et­di ki, Azər­bay­can döv­lə­ti və şəx­sən Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən 2008-ci il­də mə­də­niy­yət­lər ara­sın­da dia­lo­qun qu­rul­ma­sı məq­sə­di­lə “Ba­kı pro­se­si” tə­şəb­bü­sü irə­li sü­rü­lüb. Azər­bay­ca­nın be­lə bir qlo­bal hə­rə­ka­tın tə­şəb­büs­ka­rı ki­mi çı­xış et­mə­si heç də tə­sa­dü­fi de­yil. Öl­kə­miz­də fərq­li mil­li, di­ni mən­su­biy­yə­ti olan ic­ma­lar, müx­tə­lif mil­lət­lə­rin nü­ma­yən­də­lə­ri ta­rix bo­yu qar­şı­lıq­lı əmək­daş­lıq və meh­ri­ban şə­rait­də ya­şa­mış­lar və bu gün də ya­şa­yır­lar. Azər­bay­can­da mə­də­niy­yət­lə­rin dia­lo­qu hər han­sı sü­ni ideo­lo­gi­ya­ya söy­kən­mir. Bu, xal­qı­mı­zın ta­ri­xən ma­lik ol­du­ğu meh­ri­ban bir­gə ya­şa­ma mə­də­niy­yə­ti­dir və mil­li də­yər­lə­ri­miz­də önəm­li rol oy­na­yır. “Ba­kı pro­se­si” və Dün­ya Mə­də­niy­yət­lə­ra­ra­sı Dia­loq Fo­ru­mu dün­ya­da sülh və əmək­daş­lı­ğın qo­run­ma­sı­na xid­mət edir.
   Fo­ru­mun coğ­ra­fi­ya­sı­nın il­bəil ge­niş­lən­di­yi­ni söy­lə­yən na­zir bil­dir­di ki, təd­bi­rdə 120-dək öl­kə rəs­mi­si, 50-dək bey­nəl­xalq təş­ki­la­tın nü­ma­yən­də­si, 50-dən çox qey­ri-hö­ku­mət təş­ki­la­tı iş­ti­rak edir. Ümu­mi­lik­də təd­bi­rə təq­ri­bən 800-dən çox xa­ri­ci nü­ma­yən­də qa­tı­lıb. On­la­rın ara­sın­da yük­sək sə­viy­yə­li döv­lət və hö­ku­mət rəs­mi­lə­ri, bey­nəl­xalq təş­ki­lat­la­rın rəh­bər­lə­ri, par­la­ment sədr­lə­ri, alim­lər, sə­fir­lər, 30-dək na­zir var. Öl­kə­miz­də ilk də­fə­dir ki, 25-dək çox bey­nəl­xalq təş­ki­lat rəh­bər sə­viy­yə­sin­də ey­ni təd­bir­də iş­ti­rak edir və on­lar dün­ya­nın ən nü­fuz­lu bey­nəl­xalq ins­ti­tut­la­rı­dır. 
   Ma­yın 5-6-da çox mü­hüm gö­rüş­lər, təd­bir­lər ke­çi­ri­lə­cək və mü­za­ki­rə­lər apa­rı­la­caq. Ümu­miy­yət­lə, Fo­rum çər­çi­və­sin­də 40-dək ses­si­ya və təd­bir nə­zər­də tu­tu­lub. Fo­rum çər­çi­və­sin­də ilk də­fə Bey­nəl­xalq Təş­ki­lat­la­rın Yük­sək Sə­viy­yə­li Top­lan­tı­sı, Azər­bay­ca­nın tək­li­fi ilə hö­ku­mət rəh­bər­lə­ri və na­zir­lə­rin təm­sil olu­na­ca­ğı Dün­ya Fo­ru­mu Na­zir­lər Gö­rü­şü ke­çi­ri­lə­cək. Həm­çi­nin ilk də­fə “Ba­kı pro­se­si”­nə ye­ni ele­ment ki­mi ekstre­miz­mə qar­şı mü­ba­ri­zə­də par­la­ment­lə­rin mə­də­niy­yət­lə­r­a­ra­sı dia­lo­qda ro­lu­na xü­su­si yer ve­ri­lib.
   Ey­ni za­man­da, Azər­bay­can Res­pub­li­ka­sı və BMT-nin Si­vi­li­za­si­ya­lar Al­yan­sı tə­rə­fin­dən bir­gə “Mə­də­niy­yət­lə­ra­ra­sı dia­loq­da li­der­lik na­mi­nə “Ba­kı pro­se­si” mü­ka­fa­tı”­nın elan edil­mə­si nə­zər­də tu­tu­lur.
   Vur­ğu­lan­dı ki, Fo­rum bey­nəl­xalq mü­na­si­bət­lər sis­te­min­də mə­də­niy­yət­lə­ra­ra­sı dia­loq və mul­ti­kul­tu­ra­lizm ki­mi də­yər­lə­rin təb­li­ğin­də Azər­bay­ca­nın əhə­miy­yət­li ro­lu­nu bir da­ha təs­diq­lə­yir. Ba­kı Fo­ru­mu nü­fuz­lu bey­nəl­xalq qu­rum­la­rı - UNES­CO, BMT-nin Si­vi­li­za­si­ya­lar Al­yan­sı, Dün­ya Tu­rizm Təş­ki­la­tı, Ər­zaq və Kənd Tə­sər­rü­fa­tı Təş­ki­la­tı, Av­ro­pa Şu­ra­sı və İSES­CO-nu tə­rəf­daş ki­mi cəlb edən ye­ga­nə plat­for­ma­dır.
   Bu, həm­çi­nin öl­kə­miz­də hə­ya­ta ke­çi­ri­lən ən bö­yük mə­də­ni la­yi­hə­lər­dən­dir. Bu möh­tə­şəm təd­bir çər­çi­və­sin­də real­la­şa­caq gö­rüş­lər və müx­tə­lif möv­zu­lu ses­si­ya­lar­da din­lə­ni­lə­cək mə­ru­zə­lər ye­ni ide­ya­la­rın, fi­kir­lə­rin or­ta­ya çıx­ma­sı­na, döv­lət­lər və xalq­lar ara­sın­da mü­na­si­bət­lə­rin da­ha da yax­şı­laş­ma­sı­na tə­kan ve­rə­cək.
   Ə­bül­fəs Qa­ra­yev onu da diq­qə­tə çat­dır­dı ki, Fo­rum BMT-nin te­le­vi­zi­ya­sın­da və say­tın­da can­lı ya­yım­la­na­caq.
   * * *
   A­zər­bay­ca­nın bö­yük ta­ri­xi keç­mi­şə ma­lik ol­du­ğu­nu söy­lə­yən BMT-nin Si­vi­li­za­si­ya­lar Al­yan­sı üz­rə ali nü­ma­yən­də­si Nas­sir Ab­du­la­ziz əl-Nas­ser be­lə bir təd­bi­rə hi­ma­yə­dar­lıq et­di­yi­nə gö­rə Azər­bay­can Pre­zi­den­ti­nə və hö­ku­mə­ti­nə min­nət­dar­lı­ğı­nı bil­dir­di. Qeyd et­di ki, bu­də­fə­ki Fo­ru­mun cid­di möv­zu­su var və dün­ya­nı sül­hə, əmin-aman­lı­ğa səs­lə­yən be­lə bir möh­tə­şəm təd­bi­rin təş­ki­li ol­duq­ca təq­di­rə­la­yiq­dir: “Mə­də­niy­yət­lə­ra­ra­sı dia­loq­la sül­hə na­il ol­maq müm­kün­dür: “Ba­kı pro­se­si” bu ba­xım­dan mü­hüm­dür. Mə­də­niy­yət­lə­ra­ra­sı dia­loq va­cib bir ele­ment­dir. Mə­də­niy­yət­lə­ra­ra­sı dia­lo­qu güc­lən­dir­mək ekstre­miz­mə qar­şı mü­ba­ri­zə­də çox va­cib­dir. Fo­rum­da irə­li sü­rü­lə­cək bir sı­ra tək­lif və tə­şəb­büs­lər, mü­ka­fat­lar elan edi­lə­cək. Mü­ka­fa­tın tə­sis olun­ma­sı çox mü­hüm bir tə­şəb­büs­dür. Mən Azər­bay­ca­nın mə­də­niy­yət­lə­ra­ra­sı və din­lə­ra­ra­sı dia­lo­qa ver­di­yi önə­mi yük­sək qiy­mət­lən­di­ri­rəm”.
   * * *
   U­NES­CO-nun baş di­rek­to­ru­nun so­sial və hu­ma­ni­tar elm­lər üz­rə müa­vi­ni Na­da əl-Naşif də “Ba­kı pro­se­si”­nin qlo­bal prob­lem­lə­rin səs­lən­di­ril­di­yi bir plat­for­ma­ya çev­ril­mə­si­nin əhə­miy­yə­ti­ni vur­ğu­la­dı. O, təm­sil et­di­yi qu­rum­la Azər­bay­can ara­sın­da möv­cud əla­qə­lə­ri yük­sək qiy­mət­lən­di­rə­rək bil­dir­di ki, Ba­kı be­lə nü­fuz­lu təd­bir­lə­rə ev sa­hib­li­yi et­mək­lə dün­ya­da möv­cud olan sülh pro­ses­lə­ri­nə öz töh­fə­si­ni ve­rir. Na­da əl-Naşif ma­yın 4-də Fo­rum çər­çi­və­sin­də UNES­CO tə­rə­fin­dən iki təd­bi­rin ke­çi­ril­di­yi­ni dedi. Əla­və et­di ki, qu­ru­mun ümu­mi­lik­də Fo­rum çər­çi­və­sin­də 13 təd­bi­ri nə­zər­də tu­tu­lub.
   * * *
   BMT-nin Kənd Tə­sər­rü­fa­tı və Ər­zaq Təşkilatının nümayəndəsi Ma­rio Lu­bet­kin və Dün­ya Tu­rizm Təş­ki­la­tı baş ka­ti­bi­nin tu­rizm və sülh üz­rə mü­şa­vi­ri və Ya­xın Şərq üz­rə re­gio­nal di­rek­to­ru Əmr Ab­del-Qaf­far bu­də­fə­ki Fo­ru­mun ki­fa­yət qə­dər ma­raq­lı və zən­gin proq­ra­mı ol­du­ğu­nu söy­lə­di­lər. Bil­di­ril­di ki, Fo­rum­da mə­də­niy­yət­lə­ra­ra­sı dia­lo­qun bü­tün sa­hə­lər­də in­ki­şaf ten­den­si­ya­la­rı, dün­ya­da müa­sir qlo­bal ça­ğı­rış­lar, di­ni-ideo­lo­ji qar­şı­dur­ma­lar, mə­də­ni və so­sial trans­for­ma­si­ya­lar fo­nun­da bə­şə­ri də­yər­lə­rin qo­run­ma­sı üçün məş­hur şəx­siy­yət­lər, si­ya­sət­çi­lər, döv­lət xa­dim­lə­ri, elm adam­la­rı ara­sın­da mü­za­ki­rə­lər təş­kil olu­na­caq. Mə­də­ni hü­quq­lar, ekstre­miz­mə qar­şı mü­ba­ri­zə­də di­ni plü­ra­lizm və də­yər­lə­rin qo­run­ma­sı, bey­nəl­xalq təş­ki­lat­la­rın mə­də­niy­yət­lə­ra­ra­sı dia­lo­qun qu­rul­ma­sın­da ro­lu və əmək­daş­lı­ğı üz­rə ple­nar ses­si­ya­lar ke­çi­ri­lə­cək. 
   Vur­ğu­lan­dı ki, BMT-nin Kənd Tə­sər­rü­fa­tı və Ər­zaq Təş­ki­la­tı (FA­O) ilə bir­gə "Ər­zaq təh­lü­kə­siz­li­yi və da­ya­nıq­lı cə­miy­yət na­mi­nə mə­də­niy­yət­lə­ra­ra­sı dia­loq: Da­vam­lı in­ki­şaf və sül­hün tə­min olun­ma­sı üçün əsas ele­ment­lər" möv­zu­sun­da xü­su­si ple­nar ses­si­ya ke­çi­ri­lə­cək.
   Son­da mət­buat konf­ran­sı­nın iş­ti­rak­çı­la­rı jur­na­list­lə­ri ma­raq­lan­dı­ran sual­la­rı ca­vab­lan­dır­dı­lar.
   
   Fa­riz Hü­sey­nov