­“Öl­kə­miz Şərq­lə Qər­bi bir­ləş­di­rən la­yi­hə­lər­də fə­al iş­ti­rak edir”
   
   Ma­yın 4-də Ba­kı Konq­res Mər­kə­zin­də IV Dün­ya Mə­də­niy­yət­lə­ra­ra­sı Dia­loq Fo­ru­mu çər­çi­və­sin­də UNESCO-nun İpək Yo­lu “on­layn” plat­for­ma­sı bey­nəl­xalq şə­bə­kə­si­nin III top­lan­tı­sı ke­çi­ril­di.
   Təd­bir­də çı­xış edən Azər­bay­ca­nın UNES­CO ya­nın­da dai­mi nü­ma­yən­də­si Anar Kə­ri­mov öl­kə­mi­zin Şərq və Qərb ara­sın­da ta­ri­xən kör­pü ro­lu­nu oy­na­dı­ğı­nı bil­dir­di. Qeyd et­di ki, bu rol bu gün də ən yük­sək sə­viy­yə­də da­vam et­di­ri­lir. Bu­nu Ba­kı­nın və di­gər şə­hər­lə­ri­mi­zin həm müa­sir, həm də ta­ri­xi ar­xi­tek­tu­ra­sın­da mə­də­niy­yət­lə­rin har­mo­ni­ya­sın­da gör­mək olar: “A­zər­bay­can mul­ti­kul­tu­ra­liz­min mə­ka­nı­dır, si­vi­li­za­si­ya­la­rın kə­siş­di­yi öl­kə­dir. Azər­bay­can ar­tıq dör­dün­cü də­fə­dir ki, Dün­ya Mə­də­niy­yət­lə­ra­ra­sı Dia­loq Fo­ru­muna ev sa­hib­li­yi edir. Öl­kə­miz dün­ya­da mə­də­niy­yət­lə­ra­ra­sı dia­lo­qun in­ki­şa­fı­na öz töh­fə­si­ni ve­rir. “Ba­kı pro­se­si” dün­ya­nı na­ra­hat edən prob­lem­lə­rin mü­za­ki­rə olun­du­ğu qlo­bal bir plat­for­ma­ya çev­ri­lib”.
   Vur­ğu­lan­dı ki, qə­dim İpək Yo­lu Azər­bay­can ta­ri­xin­də zən­gin irs qo­yub. Ötən əs­rin son­la­rın­da ta­ri­xi İpək Yo­lu­nun mə­də­ni əhə­miy­yə­ti ye­ni­dən art­ma­ğa baş­la­dı. 1998-ci il­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin tə­şəb­bü­sü ilə Ba­kı­da Av­ro­pa Ko­mis­si­ya­sı ilə bir­gə ta­ri­xi İpək Yo­lu­nun bər­pa­sı məq­sə­di­lə konf­rans ke­çi­ri­lib və TRA­CE­CA ki­mi iri la­yi­hə­nin əsa­sı qo­yu­lub. Bu gün də Azər­bay­can Şərq­lə Qər­bi bir­ləş­di­rən la­yi­hə­lər­də fə­al iş­ti­rak edir, həm­çi­nin bir sı­ra bö­yük la­yi­hə­lə­rin tə­şəb­büs­ka­rı­dır.
   Bil­di­ril­di ki, qə­dim İpək Yo­lu ti­ca­rət əhə­miy­yət­li ol­maq­la ya­na­şı, xalq­la­rı və si­vi­li­za­si­ya­la­rı da bir­ləş­di­rir. Azər­bay­can öz coğ­ra­fi möv­qe­yi ilə bu ta­ri­xi yol­da hər za­man xü­su­si əhə­miy­yət da­şı­yıb. Ba­kı, Şə­ki, Şa­ma­xı, Gən­cə ki­mi şə­hər­lər­də müx­tə­lif xalq­la­rın nü­ma­yən­də­lə­ri öz mə­də­niy­yət­lə­ri­ni, din­lə­ri­ni bö­lüş­mək­lə sülh için­də ya­şa­ma­nın ör­nə­yi olub­lar.
   U­NES­CO-nun in­san hü­quq­la­rı üz­rə at­ta­şe­si Li­li­ya Çau­şe­va top­lan­tı­da mü­za­ki­rə olu­na­caq mə­sə­lə­lərin əhə­miy­yə­tin­dən söz aç­dı: “Ba­kı­da fi­kir­lə­ri­mi­zi çat­dır­maq, mü­za­ki­rə­lər apar­maq üçün gö­zəl im­kan ya­ra­dı­lıb. Biz prob­lem­lə­rin həl­li yol­la­rı­nı ax­tar­ma­lı­yıq. Dün­ya­nın si­ma­sı­nı də­yiş­mə­yə ça­lış­ma­lı­yıq ki, hər şey da­ha yax­şı ol­sun. Bu ba­xım­dan dia­loq, qar­şı­lıq­lı an­laş­ma, hör­mət va­cib amil­lər­dən­dir. Bu­ra­da tex­no­lo­gi­ya­la­rın in­ki­şa­fı da mü­hüm rol oy­na­yır”.
   Top­lan­tı İs­pa­ni­ya­nın Va­len­si­ya şə­hə­rin­də ke­çi­ril­miş ikin­ci ic­las­da ha­zır­lan­mış 2016-2018-ci il­lər üz­rə Fəa­liy­yət pla­nı­nın hə­ya­ta ke­çi­ril­mə­si mə­sə­lə­lə­ri­nin mü­za­ki­rə­si ilə da­vam et­di.
   
   Fa­riz