Ma­yın 3-də Azər­bay­can Mil­li İn­cə­sə­nət Mu­ze­yin­də İta­li­ya­nın “Pi­na­co­te­ca di Bre­ra” mu­ze­yi ilə an­laş­ma me­mo­ran­du­mu im­za­lan­dı. Sə­nə­di Azər­bay­can Mil­li İn­cə­sə­nət Mu­ze­yi­nin di­rek­to­ru Çin­giz Fər­zə­li­yev və “Pi­na­co­te­ca di Bre­ra” mu­ze­yi­nin baş di­rek­to­ru Ceyms M.Bred­börn im­za­la­dı­lar. Me­mo­ran­dum­da iki mu­zey ara­sın­da pe­şə­kar əla­qə­lə­rin qu­rul­ma­sı, təc­rü­bə mü­ba­di­lə­si, “Pi­na­co­te­ca di Bre­ra” mu­zeyinin he­yə­ti tə­rə­fin­dən Azər­bay­can Mil­li İn­cə­sə­nət Mu­ze­yin­də ça­lı­şan əmək­daş­la­r üçün tre­ninq­lə­rin təş­ki­li, mu­zey sər­gi­si­nin təş­ki­li üsul­la­rı­nın əya­ni şə­kil­də gös­tə­ril­mə­si və s. mə­sə­lə­lər ək­si­ni ta­pıb.
   Mil­li İn­cə­sə­nət Mu­ze­yi­nin di­rek­to­ru, pro­fes­sor Çin­giz Fər­zə­li­yev qeyd et­di ki, “Pi­na­co­te­ca di Bre­ra” mu­ze­yi ilə be­lə bir pro­to­ko­lun im­za­lan­ma­sı əla­mət­dar ha­di­sə­dir. Mu­zey əmək­daş­la­rı­nın təc­rü­bə mü­ba­di­lə­si hər iki tə­rəf üçün əhə­miy­yət kəsb edir.
   “Pi­na­co­te­ca di Bre­ra” mu­ze­yi­nin di­rek­to­ru Ceyms M.Bred­börn də çı­xı­şın­da bil­dir­di ki, pro­to­kol mu­zey­lər ara­sın­da ye­ni əla­qə­lə­rin qu­rul­ma­sı­na zə­min ya­ra­da­caq: “Ey­ni za­man­da mu­zey işi sa­hə­sin­də təc­rü­bə­lə­ri­mi­zi bö­lüş­mək im­ka­nı ya­ra­da­caq”. 
   
   Sa­va­lan