Azərbaycanla Qazaxıstan arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də sıx əməkdaşlıq mövcuddur. Bu ölkənin turizm şirkətlərinin Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə aktiv iştirakı müştərək əlaqələrə zəmin yarada bilər.
Qazaxıstan Astana şəhərində keçiriləcək beynəlxalq EXPO sərgisinə ciddi hazırlaşır. Sərgidə Azərbaycanın həm mədəniyyəti, həm də turizm imkanlarının geniş sərgilənəcəyi gözlənilir.
Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Turizm sənayesi departamentindən bildiriblər ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan) “Müasir İpək Yolu” pilot turizm layihəsinə start verib. Artıq layihənin birinci hissəsi başa çatıb.