Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Karvansara” restoran kompleksinin birgə layihəsinə start verilib.
Layihənin gerçəkləşdiyi ilk gün kompleksə gələn 200-dən çox turist üçün kulinar ustad saatları keçirilib.
Kompleksin peşəkar aşpazları tərəfindən milli mətbəximizin ən ləzzətli təamlarından olan qutabın hazırlanma prosesi nümayiş etdirilib. Daha sonra iştirakçıların hər birinə öz əlləri ilə qutabın bişirilməsi üçün şərait yaradılıb. Ustad dərsləri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Layihə zəngin Azərbaycan mətbəxinin təbliği və müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etmək məqsədi daşıyır.