Amerikalı rəssam Endi Uorxolun (1928-1987) «İlk selfi» adlı əsəri “Sotheby's” hərrac evində keçirilən auksionda 6 milyon funt-sterlinqə satılıb.
   Avtoportret Uorxol tərəfindən Nyu-Yorkda çəkilib. Həmin dövrdə rəssamın 35 yaşı var idi. “Sotheby's” hərrac evində bu əsərə «İlk selfi» adı, Uorxolun özünə isə “sosial şəbəkələr erasının xaç atası” adını veriblər. 
   Endi Uorxol - amerikalı rəssam, prodüser, dizayner, yazıçı, jurnal naşiri və kinorejissor, ümumilikdə pop-art hərəkatının və müasir incəsənət tarixinin görkəmli nümayəndəsi sayılır.

   İlona