AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) ilə “Şəms” tərcümə xidmətləri mərkəzinin birgə əməkdaşlığı çərçivəsində görkəmli ədiblərimiz Süleyman Sani Axundov, Abbas Səhhət, Abbasqulu ağa Bakıxanov, Hüseyn Cavid, Qasım bəy Zakir, Cəfər Cabbarlı, Mirzə Şəfi Vazeh haqqında “Vikipedia”dakı məqalələr italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək müvafiq dillərdə bölmələrdə yerləşdirilib. MEK-dən bildiriblər ki, tərcümə işi mərkəzin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.