Tanınmış italiyalı rəssam Françesko Qvardinin (1712-1793) «Venesiya. Rialto ilə Palazzo dei Kamerlenqi körpüsü» adlı rəsm əsəri “Christie's” hərrac evində keçirilən auksionda lider olub.
   Hərracda XVIII əsrin tablosu 26,2 milyon avroya (33,9 milyon dollar) satılıb. Bu, orta əsrlər rəssamlarının 2017-ci ilin auksionlarında satılmış əsərləri üçün maksimal göstəricidir. 
   Lot üçün başlanğıc qiymət 17 milyon avrodan başlayıb və dəqiqə yarıma maksimal qiymətə çatıb.
   Qeyd edək ki, «Venesiya. Rialto ilə Palazzo dei Kamerlenqi körpüsü» adlı rəsm əsəri italiyalı rəssam F.Qvardi tərəfindən 1760-cı ildə çəkilib. Tablo klassik Venesiya təsviri sənət məktəbinin sonuncu nümayəndələrindən sayılan rəssamın yetkinlik dövrünün ən parlaq nümunəsi hesab olunur.
   
   İlona