İsveç hökumətinin təqdim etdiyi yeni qanun layihəsinə əsasən, bu ölkədə çalışan xeyli sayda əcnəbi işçilər xüsusi vergi ödəməli olacaq.
Hazırda İsveçdə müvəqqəti yaşayan hər hansı əcnəbi işçiyə işəgötürən əməkhaqqını ölkə hüdudlarından kənarda verəndə və onun iş vaxtının ümumi həcmi ildə 189 gün təşkil etdikdə, o, vergidən azad edilir. Yeni qanun layihəsinə əsasən, İsveçdə yerləşən şirkətlərdə çalışan əcnəbilər dövlətə vergi ödəməli olacaqlar. İsveç hökuməti əcnəbilərin ölkənin vergi orqanlarında qeydiyyatdan keçmələrini də təklif edib.