“Mozalan” kinojurnalına ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirmək və kinodramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci il mayın 1-dək keçirdiyi müsabiqəyə professional kinodramaturqların və digər müəlliflərin müasir həyatımızın problemlərini əks etdirən, 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulan ssenariləri təqdim olunmuşdur. Müsabiqənin münsiflər heyətinin qərarına əsasən “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin üç qalib ssenarisi təsdiq edilmişdir:
1. “Ağıllı” və ya “Nağdsız haqq-hesab” (müəllif: Rüfət Məlikov)
2. “Lift” (müəllif: Elçin Musaoğlu)
3. “Heyvanlar aləminə səyahət” (müəllif: Lalə Abbasova)
Münsiflər heyətinin müəyyən etdiyi qalib ssenarilər “Mozalan” studiyasında çəkiləcək və onların müəlliflərinə qonorar veriləcəkdir.