Azərbaycanlı pianoçu Səidə Zülfüqarovanın Parisin 4-cü rayonunun Paul Rey Teatrında “Bütün istiqamətlərdə musiqilər” adlı konsert proqramında çıxış edib.
Pianoçu soydaşımızı Antonia Denavit (soprano), Antoine Desmard (violonçel) müşayiət ediblər. Konsertdə C.Kaççini, G.Hendel, L.Bethoven, A.Rubinşteyn, P.Çaykovski, R.Adler, J.Ross, G.Gerşvin və digər korifey bəstəkarların əsərləri səsləndirilib.
Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Parisin Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub.
Ali təhsili başa vurandan sonra Sorbon Universitetində xor müşayiətçisi, musiqi məktəbində müəllim işləyib. Hazırda Yuxarı Sena departamentinin Qarş bələdiyyəsi konservatoriyasında piano müəllimidir.