Azərbaycan
8 avqust 1936 - Tarixçi alim, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədova Şirvan şəhərində anadan olub. Qafqaz Albaniyası və Azərbaycanda xristianlığın tarixinə dair tədqiqatların müəllifidir.
8 avqust 1948 - Xalq artisti Rasim Əhməd oğlu Balayev Ağsu rayonunda anadan olub. "Nəsimi", “Qatır Məmməd”, "Dədə Qorqud", "Babək", “Gözlə məni”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı”, “Küçələrə su səpmişəm”, “Cavid ömrü” və s. ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.
8 avqust 1948 - Tanınmış müğənni Akif İslamzadə Bakının Buzovna kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosunun simfonik orkestrinin solisti olub. “Qərib cinlər diyarında”, “Tənha narın nağılı” və s. filmlərdə mahnıları ifa edib.
9 avqust 1954 - Xalq artisti, tarzən Möhlət Müslümov Bakıda anadan olub. Azərbaycan Milli Konservatoriyasının professoru, Azərbaycan Televiziyası və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəridir.
9 avqust 1979 - Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 26.12.1910 -1979) vəfat edib. Əsərləri: "Şəfəq", "Buludlar dağılır", "Sularda yanğın", "Lalə dəstəsi" və s. Rus dilindən tərcümələr edib.
10 avqust 1913 - Xalq rəssamı Kazım Məmmədəli oğlu Kazımzadə (1913 - 6.10. 1992) anadan olub. Opera tamaşaları («Leyli və Məcnun», «Koroğlu») və filmlərin (“Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “Qanun naminə”, “Əhməd haradadır?”, “Qanlı zəmi” və s.) geyim üzrə rəssamı olub.
10 avqust 1936 - Yazıçı, şair, filosof Əlisa Nicat (Əlisa Qulam oğlu Hüseynov) Lerik rayonunun Yuxarı Gədik kəndində doğulub. “Qızılbaşlar”, “Gəncəli müdrik” romanları, “Zərdüşt”, “Sasanilərin sonu” və s. tarixi əsərlərin, “Dünya tarixçiləri”, “Tarixin qürubu” və s. kitabların müəllifidir.
10 avqust 1946 - Nasir, tərcüməçi Aydın Ələkbər oğlu Abdullayev (1946 - 15.12.1995) anadan olub.
10 avqust 1949 - Xalq artisti Qəndab Nəbi qızı Quliyeva (1949 - 26.6.2017) Füzuli rayonunun Dilağarda kəndində doğulub. Opera tamaşalarında Leyli, Əsli ("Leyli və Məcnun", "Əsli və Kərəm" - Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl" - M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib" - Z.Hacıbəyov) və s. partiyaları ifa edib.
11 avqust 1973 - Şair, dramaturq Zeynal Rza oğlu Xəlil (23.3.1914 - 1973) vəfat edib. “Düşüncələr”, “Bənövşə”, “Sevdiyim rəng”, “Günəş, dəniz və insan” və s. şeir kitabları, “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Qatır Məmməd” pyeslərinin müəllifidir. Rus dilindən tərcümələr edib.
12 avqust 1880 - Tanınmış dilçi alim, jurnalist Fərhad Rasim oğlu Ağazadə (1880-1931) anadan olub.
12 avqust 1921 - Yazıçı Ələviyyə Hənifə qızı Babayeva (1921 - 23.9.2014) anadan olub. "Adamlar və talelər", “Haradasan dost, harada”, “Bəlkə, sabah olmadı”, “Səni axtarıram”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir. Uşaq və gənclərin həyatından bəhs edən əsərləri xarici dillərə tərcümə olunub.
12 avqust 1923 - Tərcüməçi Kamil Həsən oğlu Məmmədov (1923-1989) Bakıda anadan olub. SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi pyeslər teatrlarda tamaşaya qoyulub.
12 avqust 1926 - Xalq şairi Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev; 1926 - 3.4. 2007) anadan olub. Kitabları: “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qisməti” və s. Respublika Dövlət mükafatı, "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub.
12 avqust 1943 - Ədəbiyyatşünas, tərcüməçi, Əməkdar incəsənət xadimi İntiqam Böyükağa oğlu Qasımzadə Şuşa şəhərində doğulub. "Azərbaycan" jurnalının baş redaktorudur. Rus dilindən tərcümələr edir.
12 avqust 1954 - Ədəbiyyatşünas, yazıçı-publisist, akademik Rafael Baba oğlu Hüseynov Kürdəmirdə anadan olub. “Vaxtdan uca”, “1002-ci gecə”, “Məhsəti necə varsa”, “Yoxdan var” və s. kitabların müəllifidir. Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatıdır.
12 avqust 1967 - Əməkdar artist Mehriban Aslan qızı Xanlarova Bakıda anadan olub. Milli Dram Teatrının aktrisasıdır. “Qəzəlxan", “Sahilsiz gecə”, “Məhkumlar” və s. filmlərdə çəkilib.
13 avqust 1941 - Xalq artisti, müğənni Elmira Allahverdi qızı Rəhimova anadan olub. 1957-ci ildə Hindistanın Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə bu ölkəyə gedib, hind rəqs və mahnılarını öyrənib. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. 50-dən çox ölkədə qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib.
13 avqust 1947 - Xalq artisti, tanınmış rejissor Azərpaşa Zəfər oğlu Nemətov anadan olub. 70-80-ci illərdə Gənc Tamaşaçılar Teatrında işləyib. 1990-cı ildən Akademik Dram Teatrında fəaliyyətə başlayıb. 2015-ci ildə teatrın bədii rəhbəri-baş rejissoru, 2016-cı ildə direktoru təyin edilib. Azərbaycan Teatr Xadimləri İttifaqının sədridir. “Şöhrət” ordeninə (2007) layiq görülüb.
14 avqust 1923 - Ədəbiyyatşünas alim, Dövlət mükafatı laureatı, akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 - 20.1.2006) anadan olub. “Abbas Səhhət”, “Qorki və Azərbaycan”, “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” və s. monoqrafiya və kitabların müəllifidir.
14 avqust 1933 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) Bakıda anadan olub. 30-dək kitabın müəllifidir. Sözlərinə populyar mahnılar ("Ayrılma məndən", "Toy olsun, bayram olsun") bəstələnib.
14 avqust 1940 - Yazıçı Asif Akif oğlu Əliyev (1940 - 8.9.2001) anadan olub.
14 avqust 1953 - Əməkdar artist Əjdər Qüdrət oğlu Həmidov Şabran rayonunun Aygünlü kəndində anadan olub. Milli Dram Teatrının aktyorudur. "Kişi sözü", "Lətifə" və s. filmlərdə çəkilib.
14 avqust 1957 - Xalq artisti, məşhur xanəndə Alim Həmzə oğlu Qasımov Şamaxıda doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Əsli və Kərəm”) çıxış edib. Azərbaycan muğamının dünyaya tanıdılmasına töhfələr verir, festival və müsabiqələrin qalibidir, UNESCO-nun musiqi mükafatını qazanıb. “Şöhrət” ordeninə, Dövlət mükafatına (2010) layiq görülüb.
Dünya
8 avqust 1937 - Amerika aktyoru Dastin Hoffman (Dustin Lee Hoffman) anadan olub. Filmləri: “Yağış adamı” (“Oskar” mükafatı), “Tutsi”, “Epidemiya”, “Kramer Kramerə qarşı” (“Oskar”) və s.
8 avqust 1943 - Rusiya kinorejissoru, prodüser Yuli Qusman Bakıda anadan olub. Filmləri: “Qorxma, mən səninləyəm” (“Azərbaycanfilm”), “Bir ailə üçün bağ evi”, “Sovet dövrünün parkı” və s.
9 avqust 1899 - Avstraliya əsilli ingilis yazıçısı Pamela Trevers (Pamela Lyndon Travers - əsl adı Helen Lyndon Goff; 1899-1996) anadan olub. «Meri Poppinsin macəraları» seriyasından əsərlərin müəllifi kimi tanınıb.
9 avqust 1962 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse (Hermann Hesse; 2.7.1877 - 1962) vəfat edib. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.
9 avqust 1963 - Amerika müğənnisi Uitni Hyuston (Whitney Elizabeth Houston; 1963 - 11.2.2012) anadan olub. Dəfələrlə “Qremmi” və “Emmi” mükafatı qazanıb.
9 avqust 1975 - Görkəmli rus bəstəkarı, pedaqoq Dmitri Şostakoviç (25.9. 1906 - 1975) vəfat edib. “Mtsen qəzasının ledi Makbeti” operasının, “Qızıl əsr”, “İşıqlı bulaq” və s. baletlərin, dünya musiqi xəzinəsinə daxil olan 15 simfoniyanın müəllifidir. Filmlərə (“Ovod”, “Hamlet”) musiqi yazıb.
10 avqust 1845 - Qazax klassik ədəbiyyatının banisi, maarifçi şair Abay (əsl adı İbrahim Kunanbayev; 1845-1904) anadan olub. “Qara söz” adlı 45 pritça və fəlsəfi traktatdan ibarət poema ədibin ən böyük əsəridir.
10 avqust 1895 - Rus şairi və yazıçısı Mixail Zoşenko (1895-1958) anadan olub. Əsərləri: “Qaytarılmış gənclik”, “Taras Şevçenko” povestləri və s.
10 avqust 1902 - Kanada aktrisası, “Oskar” mükafatı laureatı Norma Şirer (Edith Norma Shearer, 1902-1983) anadan olub.
10 avqust 1912 - Braziliya yazıçısı Jorji Amadu (Jorge Amado, 1912-2001) anadan olub. Romanları: “Möcüzələr köşkü”, “Müqəddəsin yox olması”, “Qumsallıq kapitanları” və s.
10 avqust 1960 - İspan aktyoru Antonio Banderas (Jose Antonio Dominguez Bandera) anadan olub. Filmləri: “Mambo kralları”, “Muzdlu qatillər”, “Evita”, “Zorronun maskası”, “Tale qadını” və s.
10 avqust 1960 - Gürcü aktyoru Mamuka Kikaleyşvili (1960 - 3.5.2000) anadan olub. Azərbaycanda rejissor Vaqif Mustafayevin «Yaramaz» filmində (Hətəm), Rusiyada “Pasport”, “Deribasov küçəsində hava yaxşıdır” və s. filmlərdə çəkilib.
11 avqust 1748 - Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster, 1748-1812) anadan olub.
11 avqust 1921 - Amerika yazıçısı Aleks Heyli (Alexander Murray Palmer Haley; 1921-1992) anadan olub. Avtobioqrafik “Köklər” romanı 40-dək xarici dilə tərcümə olunaraq müəllifə şöhrət qazandırıb.
12 avqust Beynəlxalq gənclər günüdür (International Youth Day). 1998-ci ilin 8-12 avqustunda Lissabonda (Portuqaliya) keçirilmiş dünya gənclər nazirlərinin I toplantısının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1999) təsis edilib.
12 avqust 1866 - İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1922) laureatı Xasinto Benavente-i-Martines (Jacinto Benavente Martinez; 1866-1954) anadan olub. "Məşhur adamlar", "Qubernatorun xanımı", "Şənbə gecəsi", "Yaxşı məhəbbətin dərsləri" və s. pyeslərin müəllifidir.
13 avqust 1655 - Alman musiqiçisi, klarnet alətinin ixtiraçısı Yohann Xristof Denner (Johann Christoph Denner, 1655-1707) anadan olub.
13 avqust 1899 - Amerika rejissoru, «Oskar» mükafatları laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.
13 avqust 1907 - Rus aktrisası, SSRİ Xalq artisti Tamara Makarova (1907-1997) anadan olub. Filmləri: “Yeddi cəsur”, Gənc qvardiya”, “Pyotrun gəncliyi” və s.
14 avqust 1714 - Fransız rəssamı Klod Jozef Verne (Claude Joseph Vernet; 1714-1789) anadan olub.
14 avqust 1860 - Kanada yazıçısı, heyvanlar haqqında məşhur əsərlərin müəllifi Ernest Seton-Tompson (1860-1946) anadan olub.
14 avqust 1866 - Rus yazıçısı, şair, filosof Dmitri Merejkovski (1866-1941) anadan olub. Rus ədəbiyyatında simvolizmin banilərindən biri, tarixi-fəlsəfi roman janrının (“Xristos və Antixrist” trilogiyası və s.) yaradıcısıdır. 1919-cu ildən mühacirətdə yaşayıb.
14 avqust 1867 - İngilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (John Galsworthy; 1867-1933) anadan olub. “Forsaytlar haqqında saqa” trilogiyası, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.
Hazırladı: Vüqar Orxan