Ali təhsil ocaqlarının bakalavr pilləsinin birinci kursuna qəbul olunan abituriyentlərin sənəd qəbulu avqustun 25-də başa çatır.
2017-2018-ci tədris ili üçün Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) bakalavr pilləsinin birinci kursuna 470 tələbə qəbul olunub.
ATMU-nun sənəd qəbulu komissiyasının məsul şəxsi Leyla Salmanovanın sözlərinə görə, abituriyentlərin qeydiyyat prosesinin həyata keçirilməsi üçün üç nəfərdən ibarət qəbul komissiyası yaradılıb. Qeydiyyat prosesinin rahat və uğurla aparıldığını söyləyən L.Salmanova diqqətə çatdırıb ki, bu il ATMU-ya 12 ixtisas üzrə tələbə qəbulu elan edilib. Birinci mərhələdə elan olunan yerlərin 100 faizi dolub.