Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (DTT) keçirdiyi videomüsabiqədə səsvermə davam edir.
   Ölkəmiz bu müsabiqədə “European Charm of the Orient” (“Şərqin Avropa füsunkarlığı”) videosu ilə iştirak edir.
   Təşkilatın saytında yer alan xəbərdə bildirilir ki, müsabiqəyə təqdim edilən videolara sentyabrın 11-dək aşağıdakı linkdə səs vermək olar: 
   Qalib videonun mükafatlandırılma mərasimi DTT Baş Assambleyasının sentyabrın 11-dən 16-dək Çinin Çendu şəhərində keçiriləcək 22-ci sessiyası çərçivəsində gerçəkləşəcək.