Avstraliyalı alimlər Antarktida qitəsinin duzlu göllərində yaşayan mikrobların, virusların təkamülünün öyrənilməsinə yardım edəcəyini bildiriblər.
“Nature Microbiology” dərgisi xəbər verir ki, 18 aylıq araşdırma nəticəsində bəzi mikrobların öz daxilində kiçik halqavarı DNA molekulları plazmidləri saxladığı məlum olub. Elm adamları əsas hüceyrədə müstəqil olaraq törəyəbilən plazmidlərin virusların böyüməsinə və həyatda qalmasına kömək edəcəyini və tədqiqatın virusların təkamül tarixini işıqlandıra biləcəyini açıqlayıblar.