Sentyabrın 12-də Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində gənc ifaçıların konserti keçiriləcək. Konsert dünya şöhrətli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) 75 illik yubileyinə həsr edilib. Tədbirdə gənc vokalçılar dahi və unudulmaz ifaçının repertuarından mahnılar ifa edəcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il 31 iyul tarixində Müslüm Maqomayevin anadan olmasının 75 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Lalə