Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Prezident yanında Bilik Fondu ilə birgə “İslam həmrəyliyi ili”nə və Bilik gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə ATMU-nun rektoru İlham Mədətov diqqətə çatdırıb ki, ölkəmiz ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra ilk üzv olduğu beynəlxalq qurum İslam Əməkdaşlıq Təşkilatı olub. Azərbaycan islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər quraraq, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid ümummilli lider Heydər Əliyevin islam həmrəyliyi ideyasının reallaşması, dövlət-din münasibətlərinin tənzimlənməsi, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsi istiqamətində fəaliyyətindən bəhs edib, ölkəmizin xarici siyasət kursunda islam amilinə xüsusi diqqət və önəm verildiyini deyib. Prezident İlham Əliyevin “İslam həmrəyliyi” ilə bağlı çağırışını bu siyasətin məntiqi davamı olduğu vurğulanıb.
Fariz Hüseynov