Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarovanın Parisin 4-cü rayonunun Paul Rey Teatrında yeni mövsümdə ilk konserti olub.
Konsertdə L.Bethovenin “Appassionata” sonatası, F.Şopenin 3-cü balladası, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”, Cövdət Hacıyevin balladası, Fazil Sayın “Qara torpaq” əsəri səsləndirilib.
S.Zülfüqarova konsertini ölkəmizdə Milli musiqi gününə və Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə həsr etdiyini bildirib. O, musiqimizin rəngarəngliyi ilə seçildiyini qeyd edərək, Şərqdə ilk operanın məhz Azərbaycanda yazıldığını diqqətə çatdırıb.
Azərbaycanlı pianoçu konsertin sonunda Fərhad Bədəlbəylinin “Dəniz” əsərini ifa edib.
Ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və konsul Zaur Fərhadov konsertin dinləyiciləri arasında olublar.