Oktyabrın 15-16-da Rusiyanın Samara şəhərində “Mstislav Rostropoviçə həsr olunur” X musiqi festivalı keçiriləcək. Festival Mariinsk Teatrının bədii rəhbəri və direktoru Valeri Gergiyevin və Samara vilayəti hökumətinin təşəbbüsü ilə təşkil edilir.
   Festival günlərində Samara Akademik Opera və Balet Teatrının səhnəsində V.Gergiyevin dirijorluğu ilə Mariinsk Teatrının simfonik orkestri çıxış edəcək.
   Qeyd edək ki, görkəmli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin yaradıcılıq yolu Samara şəhəri ilə sıx bağlı olub. Ənənəvi festivalda dünya şöhrətli musiqiçilər iştirak edirlər.