Şotlandiyanın Qlazqo şəhərinin muzeyində təxminən 400 il sonra məşhur flamand rəssamı Piter Paul Rubensin (1577-1640) itmiş sayılan rəsm əsəri tapılıb. Bukingemin ilk hersoqu Corc Vilyersin XVII əsrin bərpa edilmiş portretini Qlazqodaki Pollok ev-muzeyinin kolleksiyasında ingilis jurnalist və sənətşünas Bendor Grosvenor tapıb.
   Şəkil Rubensin əsərinin bir nüsxəsi hesab olunurdu, lakin Grosvenorun apardığı tədqiqatlar nəticəsində onun orijinal olduğu müəyyən edilib.
   Kir və boya qatının altında tanınmış rəssamın özünəməxsus texnikası gizlənirdi.
   Grosvenor bildirib ki, dahi rəssamın ingilis tarixinin məşhur simasının əks olunduğu bu əsərinin onun tərəfindən kəşfi həyəcanlandıran bir hadisədir.
   Qeyd edək ki, bir müddət əvvəl Piter Paul Rubensin “Afrikalı Stsipionu Roma qapısında salamlayırlar” tablosu “Christie's!” hərracında 1,6 milyon dollara satılıb. 
   
   İlona