Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov Q.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin (Moskva) Turizm, idman və qonaqpərvərlik sənayesi kafedrasının müdiri, dosent Aleksey Kılasov ilə görüşüb.
ATMU-dan verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən təşkil olunan görüşdə qonağa universitetin təhsil, tədris, təcrübə, tədqiqat modelinə əsaslanan fəaliyyəti barədə məlumat verilib.
Sonra A.Kılasov ATMU-nun rus bölməsində turizm və hotelçilik ixtisası üzrə təhsil alan tələbələrə “İşgüzar və əlamətdar turizm” mövzusunda mühazirə oxuyub.
Qeyd edək ki, Aleksey Kılasov eyni zamanda Ümumdünya Etnoidman Cəmiyyətinin (EWS) prezidentidir. Sentyabrın 25-də Bakıda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz ilə Ümumdünya Etnoidman Cəmiyyəti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.