Milli Azərbaycan Tarixi Muzeyinin elmi-fond işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova və muzeyin birinci dərəcəli bərpaçı-rəssamı Gülşən Hacıyeva peşəkar fəaliyyətlərinə, mədəni irsin qorunması işində yüksək xidmətlərinə görə Sankt-Peterburq “Karl Faberje” Memorial Fondu tərəfindən mükafatlandırılıblar. Bu haqda bərpaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Gülşən Hacıyeva məlumat verib.
   M.Zeynalova Azərbaycanda tarix elminin inkişafı, muzey və elmi fəaliyyətində xüsusi xidmətlərinə görə “Karl Faberje” adına ordenlə təltif olunub. G.Hacıyeva isə incəsənət və sənətşünaslıq sahəsində bədii tərtibat üzrə xüsusi bərpa xidmətlərinə görə “Baş usta” adına layiq görülüb, “Frans Birbaum” və “Karl Faberje” ordenləri ilə təltif edilib. 
   
   S.Qaliboğlu