Türk əsilli caz ifaçısı Robert Sinan Mehmet İkiz İsveç Dövlət Radiosunun təşkil etdiyi və xalq səsverməsi yolu ilə keçirilən “İlin musiqiçisi” yarışmasının qalibi olub.
38 yaşlı cazmen “Anadolu” agentliyinə açıqlamasında qələbə sevincini belə ifadə edib: “İsveç kimi musiqi sənayesində əhəmiyyətli bir yer tutan ölkənin sənətçiləri arasında keçirilən müsabiqədən bir türk olaraq qalib çıxdığım üçün xoşbəxtəm. İstanbulda tənəkə qutuları ilə çalmağa başlayaraq, Barış Mançonun musiqilərini dinləyərək addım atdığım musiqi həyatımda İsveçin ən nüfuzlu mükafatını qazanmaq məni çox qürurlandırdı. Bu zamana qədər dünyanın 45-50 ölkəsində konsert verdim. Gecə-gündüz çalışdım. Çalışmalarımın bəhrəsi olaraq bu mükafata layiq görüldüm”.
Rafiq Vəliyev