Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Baş katib məktubunda dövlət başçısına əlamətdar gün münasibətilə ən xoş arzularını çatdıraraq Azərbaycanda turizmin inkişafına göstərilən dövlət dəstəyinin əhəmiyyətini də xüsusi vurğulayır.
“Zati-alinizin səyahət və turizm sənayesinə şəxsi dəstəyi hökumətinizin Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı və qlobal miqyasda turizm sahəsində güclü brend kimi mövqe qazanması üçün bu sektora verdiyi önəmi göstərir. Sizə “Beynəlxalq inkişaf naminə davamlı turizm ili-2017”yə Azərbaycanın verdiyi çox dəyərli dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu səylərinizdə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının davamlı dəstəyinə əmin olun. İnanıram ki, Azərbaycan və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının möhtəşəm əlaqələri qarşıdan gələn illərdə də inkişaf edəcək”, - deyə məktubda vurğulanır.