Oktyabrın 18-də Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində tanınmış opera müğənnisi, müsəlman Şərqinin ilk qadın vokalçısı Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr edilmiş lektoriya keçirilib.
Mərkəzin İnformasiya-kommunikasiya, elmi təminat şöbəsinin müdiri Rəfiqə Nəsirova görkəmli sənətkarın mənalı ömür yolu barədə məruzə edib. Şövkət Məmmədovanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.