Oktyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının layihəsi olan romans müsabiqəsi qaliblərinin konserti keçirilib. “Yeni romans” müsabiqəsi “Mədəniyyət” kanalının təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə bu ilin iyun ayında elan edilmişdi.
   Telekanalın direktoru Ramil Qasımov çıxış edərək yeni nəsil bəstəkarların yaradıcılığı üçün müsabiqənin əhəmiyyətindən söz açıb.
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova çıxış edərək Azərbaycanda romans janrının tarixi və inkişaf mərhələləri ilə bağlı fikirlərini bölüşüb. 
   Tədbirdə “Yeni romans” müsabiqəsinin qalibləri - bəstəkarlar Elvin Quliyevin “Gəlmişəm”, Sevinc Əliyevanın ”Dəniz”, Azər Dadaşovun “Sevdinsə”, Nazim Paşanın “Ah bu məhəbbət”, Toğrul Salmanovun “Gecənin sonsuzluğunda”, Məmməd Cəfərovun “Nə qədər ki...”, Qumru İmamverdiyevanın “Mənim eşqim”, Tamilla Əhədovanın “Səni unutsam”, Lalə Cəfərovanın “Bu gecə” əsərləri səslənib. Romansları əməkdar artistlər İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, İnara Babayeva, habelə Zemfira İsmayılova, Fəxri Kazım Nicat, Bəsti Qasımova, Ərəstun Quliyev, Atəş Quliyev, Aynur İsgəndərli, Sevda Rəhimova ifa ediblər. 
   
   Lalə