Mingəçevir Turizm Kolleci ilə Sankt-Peterburq Turizm və Mehmanxana Xidməti Kolleci arasında aparılacaq təcrübə mübadiləsi kadr hazırlığına güclü təkan verəcək. Bu barədə rusiyalı qonaqların Mingəçevir Turizm Kollecinə işgüzar səfəri zamanı ətraflı danışılıb.
Əməkdaşlıq sazişi çərçivəsində Mingəçevir Turizm Kollecinə səfər edən rusiyalı qonaqlar əvvəlcə təhsil müəssisəsi ilə yaxından tanış olublar. Kollecin direktoru, professor Əyyub Əyyubov nümayəndə heyətinə tədris ocağının fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib.
İki kollec rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, müəllim-tələbə mübadiləsi və digər vacib məsələlər nəzərdən keçirilib.
Sankt-Peterburq Turizm və Mehmanxana Xidməti Kollecinin direktor müavinləri Andrey Bardaşeviç və Lyudmila Kuznetsova Mingəçevir Turizm Kollecinin müəllim-tələbə heyətinə təmsil etdikləri kollec barədə ətraflı məlumat verib, əməkdaşlıqdan hər iki tərəfin lazımi fayda götürəcəyini bildiriblər.
Sonda tələbə özfəaliyyət qrupu fəallarının bədii proqramı təqdim olunub.