Bakı Şopinq Festivalının ikinci dəfə təşkil edilməsi ölkə iqtisadiyyatının möhkəmlənməsi üçün yaxşı fürsətdir.
Bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari festivalın saytına açıqlamasında deyib.
Diplomat bildirib ki, festivalın endirim fürsətləri şopinqsevərlər üçün geniş imkanlar yaradır.
“Bu festival bir çox ölkələrin, o cümlədən keyfiyyətli İtaliya brendlərinin də tanıdılması üçün əlverişli zəmin yaradır. Mən özüm də Bakı Şopinq Festivalının sərfəli təkliflərindən yararlanmağa çalışacağam”, - deyə diplomat söyləyib.