Oktyabrın 25-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İslam həmrəyliyi ili” çərçivəsində “İslam həmrəyliyi və etiqad turizmi potensialı” mövzusunda elmi-praktik konfrans keçiriləcək. 
   Tədbirin gündəliyinə “Halal turizm və inkişaf perspektivləri”, “Azərbaycanda dini turizm abidələri”, “Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun timsalında dini abidələr mədəni və tarixi turizm məhsulu kimi”, “Azərbaycanda inanc turizminin maarifləndirici ekskursiya istiqamətinin inkişaf perspektivləri” mövzusunda məruzə və çıxışlar daxil edilib.