Paytaxtın Pirallahı rayonundakı Vaqif Mustafazadə adına Mədəniyyət mərkəzinin 80 illiyi münasibətilə tədbir keçirilib.
   Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət, təhsil ocaqlarının işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Çıxışlarda diqqətə çatdırılıb ki, bu il 80 illik yubileyini qeyd edən mədəniyyət ocağının yaradıcı kollektivi mütəmadi olaraq mədəni-kütləvi, ədəbi-bədii tədbirlər həyata keçirir.
   Tədbir bədii proqramla davam edib. Konsertdə Samirə Allahverdiyeva, Tacir Şahmalıoğlu, Yusif Mustafayev, Rüfət Axundov, Cəmalə Qambayeva çıxış ediblər.