Noyabrın 14-də Paris Konqres Sarayında məşhur amerikalı cazmen, pianoçu, bəstəkar Əhməd Camalın konserti Azərbaycanın Əməkdar artisti Şahin Növrəslinin ifası ilə başlayacaq. Gecədə Şahin Növrəsli solo proqramla çıxış edəcək.
Bundan əlavə, əvvəl azərbaycanlı cazmenin noyabrın 8 və 9-da “Le Duc des Lombards” caz klubunda və noyabrın 10-da Ruan şəhərinin konservatoriyasında konsertləri olacaq.